“Gözəl Naftalan” 2011-ci ildə təsis edilmiş, fəaliyyətə isə 2016-cı ilin əvvəlindən başlamışdır.
Sanatoriya Naftalan şəhərinin ən gözəl ərazisində yerləşməklə 15000 m2 ərazidən, 4 mərtəbəli yataq korpusu, 4 mərtəbəli müalicə korpusu və digər yardımçı binalardan ibarətdir. Həmin korpuslar çoxillik şam ağacları və digər dekorativ ağaclarla əhatə edilmişdir.
Müəssisədə mövsümi olaraq 22-45 nəfər tibbi və xidmətedici işçi heyyəti müalicə alan yerli və əcnəbi vətəndaşlara xidmət göstərir ki, onların da tam əksəriyyəti hələ Sovetlər dönəmindən müxtəlif sanatoriyalarda işləmiş peşəkar mütəxəssislərdir.
Sağlamlıq mərkəzində 82-dən çox xəstəlik müalicə olunur.
Sanatoriyaya müalicə üçün yerli əhali ilə yanaşı digər xarici dövlətlərdən, Avropa dövlətlərindən, həmçinin Türkiyədən, İrandan, Rusiyadan və digər ölkələrdən də gələnlər çoxluq təşkil edirlər. Sanatoriyamızda əsəb-sinir, sümük-oynaq-əzələ, qadın xəstəlikləri, prostatit, kişi-qadın sonzuluğu, fizioterapevtik müalicələr aparılır.
Bunlarla yanaşı müəssisədə ozonoterapiya, hidrokoloniya, dartma, linfodrenaj, serogen tipli müasir aparatlar da pasiyentlərin xidmətindədir.
Sanatoriyamızda müalicə paketinə gün ərzində üç dəfə yemək də daxildir ki, həmin yeməklər peşəkar aşpazlar tərəfində keyfiyyətli qida məhsullarından hazırlanır.
Sanatoriyamızın həyətində açıq havada kafe də fəaliyyət göstərir ki, orada çay, kofe, şirniyyat, həmçinin müxtəlif tipli qazan və manqal yeməkləri hazırlanır.
Həftə ərzində üç dəfə vətəndaşlara canlı musiqi xidməti göstərilir. Hər şənbə və bazar günləri respublikamızın görməli yerlərinə turlar təşkil edilir.
Sanatoriyada idman zalı və namaz qılma otaqları fəaliyyət göstərir.