NAFTALAN SANATORİYALARI


Naftalan Azərbaycan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır. Naftalan hələ qədim zamanlardan dayaq hərəkət aparatı xəstəliklərinin, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. Naftalan iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır. “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”- Naftalan müalicə ocaqlarının şüarı belə səslənir.

Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə (Kirovabad) şəhərindən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir.

Naftalan kurortunun tarixçəsi öz başlanğıcını 1873-cü ildən, naftalanın dayaz quyulardan əllə çıxarıldığı vaxtdan götürür. Naftalan “Yerin qatı qanı” adlandırılır. Naftalanın müalicəvi xüsusiyyətlərinin öyrənilməsindən və ondan istifadəyə başlanılmasından 100 ildən artıq müddət keçib. Müxtəlif xəstəliklər zamanı onun effektivliyi 1600-dən artıq elmi işin və monoqrafiyaların nəticələri ilə təsdiq edilib.

1929-cu ildən başlayaraq naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada SSRİ-nin bütün guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurdular. Sovet dövründə Naftalan kurortu partiya elitasının ən sevimli istirahət yeri idi.

Hal-hazırda Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan Naftalan kurortu yeni dirçəliş mərhələsini yaşayır. Hazırda Naftalanın, sovet dövründə kurort birliyinin tərkibinə daxil olan bir neçə sanatoriyasında istilik və ultrabənövşəyi şüalanma ilə kompleks şəklində qətransızlaşdırılmış naftalanla, naftalan fraksiyaları və karbohidrogenlərlə yeni müalicə üsulları tətbiq edilir. Sanatoriyalar (həm özəl, hə də həmkərlar ittifaqının nəzdində olan) bir çox prosedura növlərinə sahibdirlər və xəstələrə lazım olan proseduralar, uzun sürən ətraflı müayinədən sonra fərdi olaraq seçilir və təyin edilir. Sanatoriyalarda müasir funksional diaqonostika kabinetləri, klinik diaqnostik və biokimyəvi laboratoriyalar da fəaliyyət göstərir.

Hal-hazırda Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70 – dən artıq xəstəliyin müalicəsini təmin edir. Naftalan sanatoriyaları il boyu dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir. İxtisaslı, təcrübəli və xoşniyyətli kollektiv ən vacib məqsədə, İnsan sağlamlığına nail olmaq üçün bütün qüvvəsini sərf edir.

NAFTALANIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir.
Dəstək xidməti
Səhətinizin yaxşılaşdırılması üçün dəstək operatorlarımız, sizin üçün Naftalan sanatoriyaları ilə bağlı seçimlərdə, bronlaşdırmada və müəlicə növünunun seçimi ilə bağlı suallarda sizə öz
köməkliklərini göstərəcəklər. Siz həm zəng vura bilər həmdə aşağıdakı bölümdən bizə yaza bilərsiniz.
BİZİMLƏ ƏLAQƏ 24/7