Naftalan — Azərbaycanın qərb bölgəsində Goranboy rayonu yaxınlığında turistik əhəmiyyətli şəhər. 28 aprel 1967-ci ildən respublika tabeli şəhərdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı Xəmsə əsərində yazmışdı. O, indiki Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi...!
XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. 1783-cü ilə kimi burada Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 1890-cı ildə alman mühəndisi və iş adamı E.İ.Yeger Naftalanda sənaye üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazaraq orada neft çıxarmağa başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətə gətirdi. Buradan çıxan neftin tərkibində heç bir benzin fraksiyalı yox idi və o yanmırdı...!
İflasa uğramaq ərəfəsində olan alman mühəndis iş adamı buradakı adamlardan dərmanların hazırlanması təcrübəsini öyərnərək bunun əsasında Naftalanda dərman mazı istehsal edən fabrik tikir. Onun istehsal etdiyi dərmanlar tezliklə bir çox yerlərdə tanınmağa başlayır. Yeger istehsal etdiyi dərmanların sirrini gizli saxlayır və Naftalan nefti əsasında dərman istehsalını monopoliyaya alırdı . Rus-Yapon müharibəsində yapon əsgərlərinin çantalarında daim naftalan dərmanı olarmış. Həmin qabların üzərində yazılmışdı : " Kimin əlində bu məlhəm varsa, o heç vaxt heç bir yaradan qorxmasın XIX əsrin sonu, XX əsrin əvvəlində dünyanın bir çox iri şəhərlərində, həmçinin Londonda, Hamburqda, Qahirədə, Tokioda, Azərbaycanda istehsal olunan, lakin alman məhsulu kimi tanıdılan Naftalan dərmanı geniş şəkildə satılırdı.[4]
Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək kurort mövsümi işləmişdir və 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayı sayı ildən-ilə artan kurortda 1982-ci ildə Naftalan sanatoriya-kurort birliyi yaradılmışdır. 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş Sovetlər İttifaqının respublikalarından 50-70 min xəstə qəbul edirdi. Kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu...!!
1992-ci ildən 2005-cı ilədək yalnız "Çinar" sanatoriyası mövsümi olaraq xəstə qəbulu ilə məşğul olurdu. 2005-ci ilin may ayında Naftalan kurortunda ilk özəl sanatoriya – Naftalan – açıldı. Mərkəz 100 nəfərlik yataq korpusundan müalicəxana və yeməkxanadan ibarətdir. Mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər və xəstəliklərinə müvafiq olaraq naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Mərkəzdə xəstələrin istirahəti, qidalanması və uğurlu müalicəsi üçün lazım olan hər bir şərait mövcuddur...!!
Dəstək xidməti
Səhətinizin yaxşılaşdırılması üçün dəstək operatorlarımız, sizin üçün Naftalan sanatoriyaları ilə bağlı seçimlərdə, bronlaşdırmada və müəlicə növünunun seçimi ilə bağlı suallarda sizə öz
köməkliklərini göstərəcəklər. Siz həm zəng vura bilər həmdə aşağıdakı bölümdən bizə yaza bilərsiniz.
BİZİMLƏ ƏLAQƏ 24/7